НОВОСТИ Çap et 711
25.02.2020 / Важные события
“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” layihəsi çərçivəsində onlayn kurslara qeydiyyat başlamışdır

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əsas benefisiarı olduğu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihənin əsas hədəfi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalara dəstək vermək məqsədi ilə müxtəlif rəqabətqabiliyyətli tədqiqat mexanizmlərinin təqdim edilməsində institusional imkanları genişləndirməkdən ibarətdir.

                                            

          Online kurslarda doktorantlar, tədqiqatçılar, texnopark və biznes inkubatorlarının əməkdaşlarının iştirakı nəzərdə tutulur. Onlayn kurslar aşağıdakı mövzularda təşkil olunacaq və 2 ay müddətində onlayn olaraq davam edəcəkdir:

 

  1. Tədqiqatın metodologiyası, təcrübələr və layihələr
  2. Verilənlərin toplanması, təhlili və idarə edilməsi
  3. Elmi işlərin yazılması və nəşri
  4. Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma
  5. Sahibkarlıq təhsili və startaplar

 

Onlayn kurslarda iştirak etmək istəyənlər Təhsil Nazirliyinin http://www.tehsilim.edu.az elektron ünvanına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Адрес:

AZ1001, г.Баку, ул. Истиглалийят, 30, 5-й этаж, кабинеты № 501, 502, 503, 504, 508

Э-адрес:

eti@science.az

Телефон:

(+994 12) 492 65 31

Факс:

(+994 12) 4926670

Copyright © 2006-2018 Институт Информационных Технологий НАНА