НОВОСТИ Çap et 13
17.08.2019 / Интересные факты
Azərbaycanın ən gənc magistrantı AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda təhsil alacaq

Ölkənin ən gənc magistrantı, 19 yaşlı Nigar Veysəlova Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) təhsil alacaq.

Nigar Veysəlova Bakı Dövlət Universitetinin məzunudur. O, nanomateriallar kimyası ixtisası üzrə respublikada ən yüksək bal – 131 bal toplayıb. Nigar magistratura təhsilini Azərbaycan elminin ən qocaman, bu il 90 illik yubileyini qeyd edəcək akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda almağa qərar verib. Dövlət İmtahan Mərkəzi onun bu seçimini təsdiqləyib.

Bununla bağlı gənc magistrant NKPİ-də olub, bu elmi müəssisənin direktoru, akademik Vaqif Abbasovla görüşüb. Alim Nigar Veysəlovanı magistraturaya daxil olması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Адрес:

AZ1001, г.Баку, ул. Истиглалийят, 30, 5-й этаж, кабинеты № 501, 502, 503, 504, 508

Э-адрес:

eti@science.az

Телефон:

(+994 12) 492 65 31

Факс:

(+994 12) 4926670

Copyright © 2006-2018 Институт Информационных Технологий НАНА