НОВОСТИ Çap et 148
27.03.2019 / Kонкуренция
Elm Gününə həsr olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.

Müsabiqədə iştirak üçün 69 gənc qadının namizədliyi irəli sürülüb. Təqdim olunan işləri AMEA-nın prezidentinin müvafiq sərəncamı ilə yaradılan Ekspert komissiyası qiymətləndirib. İşlər komissiya tərəfindən ciddi təhlil edildikdən sonra namizədlər haqqında müvafiq rəylər AMEA-nın prezidentinə təqdim edilib və qaliblər müəyyənləşdirilib.

Beləliklə, "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələrinə görə, I yerə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Həmayil Adıgözəlzadə və Fəlsəfə İnstitutunun elmlər doktoru hazırlığı üzrə əyani doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli, II yerə Riyaziyyat və Mexanika İnstitutunun laboratoriya müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Səbinə Sadıqovaakademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova, Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli-Qəribova, A.A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadə, III yerə isə akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərovaakademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşiyeva, Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirova layiq görülüblər.

Qeyd edək ki, qaliblərə I yer üçün 3000 manat, II yer üçün 2000 manat, III yer üçün isə 1500 manat məbləğində pul mükafatları və diplomlar təqdim olunacaq.

© www.science.gov.az

Адрес:

AZ1001, г.Баку, ул. Истиглалийят, 30, 5-й этаж, кабинеты № 501, 502, 503, 504, 508

Э-адрес:

eti@science.az

Телефон:

(+994 12) 492 65 31

Факс:

(+994 12) 4926670

Copyright © 2006-2018 Институт Информационных Технологий НАНА