NEWS Çap et 439 Archive
29.10.2019 / Important events
"Noise Control of the Beginning and Development Dynamics of Accidents" kitabı Web of Science bazasına daxil olmuşdur

Akademik Telman Əliyevin "Noise Control of the Beginning and Development Dynamics of Accidents" adlı kitabı Web of Science Core Collection bazasının "Kitab İstinad İndeksi" kateqoriyasında indekslənmişdir.

Monoqrafiyada akademik T. Əliyevin son 20 ildə noise texnologiyaları sahəsində apardığı elmi tədqiqatların nəticələri öz əksini tapmışdır. Əsərdə obyektlərin qəza vəziyyətinə keçməsinin gizli dövrünün başlanğıcının  Noise nəzarəti və inkişaf dinamikasının yeni texnologiyaları və sistemləri təklif olunur.

Noise nəzarət texnologiyalarının tətbiqi ilə müxtəlif intelektal sistemlərin qurulması prinsipləri neft və qaz obyektlərində, qazma prosesində, stasionar dəniz neft platformalarında, kompressor stansiyalarında, nəqliyyat, aviasiya, energi, tikinti, seysmologiya və tibbdə tətbiq edilməsi mümkünlüyünün nümunələri verilmişdir.

Eyni zamanda göstərilmişdir ki, noise texnologiyalarından istifadə etməklə, küylü təsadüfi siqnalların ənənəvi üsullarla analizi nəticələrinin dəqiqliyini artırmaq mümkündür.

Address:

AZ1001, 30, Istiglaliyyat str., Baku, Azerbaijan, 5th floor, no. of rooms 501, 502, 503, 504, 508.

E-mail:

eti@science.az

Phone:

(+994 12) 492 65 31

Fax:

(+994 12) 4926670

Copyright © 2006-2018 Institute of Information Technology of ANAS