NEWS Çap et 128 Archive
13.06.2019 / Important events
AMEA-da magistrlərin dissertasiya işlərinin müdafiəsi başa çatıb

4-13 iyun tarixlərində AMEA-nın magistraturasında ayrı-ayrı ixtisaslar üzrə İxtisaslaşdırılmış Magistr Dissertasiyalarının Müdafiə Şuralarının iclasları keçirilib.  

AMEA prezidentinin 7 may 2019-cu il  tarixli  sərəncamına əsasən yaradılmış Müdafiə Şuralarında 37 ixtisaslaşma üzrə 63 magistr dissertasiyasının müdafiəsi baş tutub. Keçirilən müdafiələrdə AMEA-nın magistrantları magistrlik dissertasiya işlərini yüksək səviyyədə təqdim edib və dissertasiya işləri Müdafiə Şuraları tərəfindən müzakirə edilərək qiymətləndirilib.

Nəticələrə əsasən 2018/2019-cu tədris ilində AMEA-nın 63 tələbəsi magistrlik dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək magistr elmi-ixtisas dərəcəsinə layiq görülüb.

© www.science.gov.az

Address:

AZ1001, 30, Istiglaliyyat str., Baku, Azerbaijan, 5th floor, no. of rooms 501, 502, 503, 504, 508.

E-mail:

eti@science.az

Phone:

(+994 12) 492 65 31

Fax:

(+994 12) 4926670

Copyright © 2006-2018 Institute of Information Technology of ANAS