NEWS Çap et 221 Archive
04.06.2019 / Important events
Azərbaycan Milli Elmlər Akademiyası yüksəkixtisaslı magistr hazırlığı təklif edir!

AMEA-da 2015-ci ildən etibarən yüksəkixtisaslı magistr hazırlığı həyata keçirilir. AMEA-nın magistraturasına olan marağın ildən ilə artması AMEA-ya ayrılan plan yerlərinin artması ilə müşahidə olunur. 2019/2020-ci tədris ili üçün AMEA-nın magistraturasına 24 ixtisas və 88 ixtisaslaşma üzrə qəbul həyata keçiriləcək. AMEA-nın müasir elmi-tədqiqat laboratoriyaları, tədris auditoriyaları, zəngin elmi kitabxanası, təcrübə və istehsalat sahələri bir sözlə müasir maddi-texniki tədris bazası magistrantların yüksəkixtisaslı və rəqabətqabiliyyətli kadr kimi formalaşması üçün geniş imkanlar yaradır. AMEA-da magistrantlar üçün yaradılan xüsusi imkanlar: 
• Təcrübəli müəllimlər tərəfindən aparılan dərslər;
• Yüksək sürətli internet və İKT təminatı;
• Təhsildə fərqlənən gənclərə AMEA prezidentinin xüsusi təqaüdü;
• 112 və daha çox bal toplamış tələbələrə AMEA prezidentini xüsusi təqaüdü;
• AMEA-nın elmi tədqiqat proqramlarında və qrant layihələrində iştirak;
• AMEA Mərkəzi Elmi Kitabxanasının imkanlarından ödənişsiz istifadə;
• Müasir avadanlıqlarla təchiz olunmuş tədqiqat laboratoriyaları;
• Yerli və xarici jurnallarda məqalə çapı;
• Təhsil müddətində və sonra işlə təminat;
• Nüfuzlu beynəlxalq elmi bazalara çıxış;
• IELTS proqramı üzrə ingilis dili dərsləri;
• Yerli və xarici təcrübəkeçmələrdə iştirak;
• Beynəlxalq konfrans və seminarlarda iştirak;
• Elmi ezamiyyətlər;
• Yataqxana ilə təminat və s.

AZ1073, Bakı ş., H.Cavid prospekti, 115
Tel.: (+994 12) 539 20 35 
(+994 12) 537 23 97
Faks: (+994 12) 492 66 70
Web: www.science.gov.az ,
www.etbi.science.gov.az

Address:

AZ1001, 30, Istiglaliyyat str., Baku, Azerbaijan, 5th floor, no. of rooms 501, 502, 503, 504, 508.

E-mail:

eti@science.az

Phone:

(+994 12) 492 65 31

Fax:

(+994 12) 4926670

Copyright © 2006-2018 Institute of Information Technology of ANAS