Ölkənin ən gənc magistrantı, 19 yaşlı Nigar Veysəlova Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) təhsil alacaq.
Nigar Veysəlova Bakı Dövlət Universitetinin məzunudur. O, nanomateriallar kimyası ixtisası üzrə respublikada ən yüksək bal – 131 bal toplayıb. Nigar magistratura təhsilini Azərbaycan elminin ən qocaman, bu il 90 illik yubileyini qeyd edəcək akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda almağa qərar verib. Dövlət İmtahan Mərkəzi onun bu seçimini təsdiqləyib.
Bununla bağlı gənc magistrant NKPİ-də olub, bu elmi müəssisənin direktoru, akademik Vaqif Abbasovla görüşüb. Alim Nigar Veysəlovanı magistraturaya daxil olması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar
etbi@science.az
(+994 12) 492 65 31
(+994 12) 4926670