XƏBƏRLƏR Çap et 103 Arxiv
12.06.2019 / Mühüm hadisələr
Təhsildə xüsusi fərqlənən magistrantlara AMEA prezidentinin təqaüdü veriləcək

2018/2019-cu tədris ilində AMEA-nın magistraturasında təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb.

İmtahanlar AMEA prezidentinin yay imtahan sessiyasının keçirilməsi və təşkili ilə əlaqədar 7 may 2019-cu il tarixli sərəncamına əsasən baş tutacaq.

Sessiya ərzində 162 fənn, 19 ixtisas və 47 ixtisaslaşma üzrə 66 magistrant öz biliyini nümayiş etdirəcək. İxtisas imtahanları əsasən yazılı, ümumi fənlər üzrə isə test üsulu ilə aparılacaq.

İmtahanlarda magistrantların biliklərini yaxşı nümayiş etdirmələri və obyektiv qiymətləndirilmələri üçün bütün zəruri şərait yaradılıb. AMEA-da yay imtahan sessiyası iyul ayının 5-də başa çatacaq və magistrantlar 2018/2019-cu  tədris ili üzrə yay tətilinə buraxılacaqlar.

Bu ildən etibarən imtahan sessiyasının nəticələrinə əsasən, təhsildə xüsusi fərqlənən magistrantlara AMEA prezidentinin təqaüdü də veriləcək.

© www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu