XƏBƏRLƏR Çap et 231 Arxiv
02.05.2019 / Mühüm hadisələr
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın akademik-katibi seçilib.

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın akademik-katibi vəzifəsinə seçilib. 
Məlumat üçün bildirək ki, Əminağa Sadıqov Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü (2017), texnika elmləri doktoru, professor. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir

Əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi başlamışdır. 1988-ci ildən AMEA-nın Rəyasət Heyətində elmi katib, baş mütəxəssis, 1998-ci ildən AMEA Rəyasət Heyəti Elmi-Təşkilat Şöbəsinin rəisi, 2013-cü ildən isə AMEA Rəyasət Heyəti Elmi-Təşkilat İdarəsinin rəisi işləmiş, 2015-ci ildən isə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəisidir. Əvəzçiliklə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “Qəzaların monitorinqi və proqnozlaşdırılması laboratoriyası”nın müdiri vəzifəsində işləyir. Müxtəlif illərdə universitetlərdə əvəzçiliklə pedaqoji fəaliyyət göstərmişdir. Hazırda ictimai əsaslarla Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının elmi katibi, AMEA elmi müəssisələrinin direktorları şurasının məsul katibi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda fəaliyyət göstərən dissertasiya şurasının üzvü, Milli Məclisin Elm və Təhsil Komitəsinin işçi qrupunun üzvü, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının İntellektual mülkiyyətin qorunması və texnologiyaların ötürülməsi üzrə Məsləhət Şurasının və Elmşünaslıq üzrə Elmi Şurasının üzvü, Amerika Mülki Araşdırmalar Fondunun eksperti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə işçi qrupunun üzvüdür.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu