XƏBƏRLƏR Çap et 251 Arxiv
12.04.2019 / Mühüm hadisələr
Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydalarına dair seminar keçirilib

Aprelin 12-də AMEA-nın Əsas binasında Elm və Təhsil Baş İdarəsinin Elmi-analitik şöbəsinin təşkilatçılığı ilə “Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydaları” mövzusunda seminar keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının aidiyyatı nümayəndələri iştirak ediblər.

Seminarı Elmi-analitik şöbənin müdiri Fail Kazımov açaraq "Web of Science", “Scopus”, "Scimago Journal & Country Rank" kimi nüfuzlu bazalarda AMEA-nın elmi göstəriciləri, eyni zamanda akademik sosial şəbəkələrdən istifadə və onların əsas üstünlükləri barədə geniş məlumat verib.

F.Kazımov elmi müəssisələrin fəaliyyətinin təhlili və qiymətləndirilməsi üçün bu bazalardan istifadə qaydalarının mükəmməl mənimsənilməsinin zəruri olduğunu vurğulayıb.

Seminarda, həmçinin “Web of Science” və “Scopus”da indeksləşən jurnallarda məqalələrin düzgün axtarışı, onların müvafiq kateqoriyalar üzrə təsnifləşdirilməsi haqqında danışılıb.

Daha sonra həmin şöbənin müdir müavini Turan İsazadə elmmetrik bazalar və akademik sosial şəbəkələrdə axtarışın aparılması, alimlərin profillərinin yaradılması ilə bağlı təlimatı seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu