XƏBƏRLƏR Çap et 42 Arxiv
27.03.2019 / Mühüm hadisələr
Elm Gününə həsr olunan elmin populyarlaşdırılması sahəsində fəaliyyətə görə mükafatın sahibi məlum olub

Azərbaycan Milli Elmlər Akademiyasında elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyətinin mükafatının sahibi məlum olub.

Müsabiqəyə ümumilikdə ayrı-ayrı şəxslərin və kollektivlərin namizədliyini əhatə edən 31 iş təqdim olunub. AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamı ilə yaradılmış Ekspert Komissiyası təqdim olunan işlərin yekun qiymətləndirməsini sona çatdırıb. Komissiyanın rəyləri AMEA-nın prezidentinə təqdim edilib və qalib müəyyənləşdirilib.

Elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən kainat və onun əsas inkişaf mərhələlərinə həsr olunmuş elmi və elmi-populyar əsərinə görə, Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov AMEA Rəyasət Heyətinin mükafatına layiq görülüb.

© www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu