XƏBƏRLƏR Çap et 160 Arxiv
19.02.2019 / Görüşlər
AMEA Geologiya və Geofizika İnstitutunda geoloq tələbələr üçün “Geologiya günləri”nə start verilib

18 fevral 2019-cu ildə AMEA Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin, həmçinin digər təhsil ocaqlarının geoloq tələbə və magistrantlarındən ibarət geniş auditoriyada “Geologiya günləri” adlı seminar-təlimə start verilib.

Məlumat üçün qeyd edək ki, bu tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində reallaşmaqla dörd gün davam edəcək. Layihənin rəhbəri, AMEA Geologiya və Geofizika İnstitutunun II kurs magistrantı, gənc mütəxəssis Yusif Əliyevdir. Azərbaycan Respublikasının Gənclər Fondunun tam maliyyə dəstəyilə təşkil olunan layihəyə təşkilati dəstək İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən verilmişdir.

Tədbiri giriş nitqi ilə açan Yusif Əliyev gənclərin geologiya ilə bağlı biliklərinin inkişaf etdirilməsi, onların geoloji tədqiqatlarda istifadə olunan mütərəqqi yanaşma və metodologiyalarla tanış edilməsi, həmçinin çöl-tədqiqat işlərində müəyyən vərdişlərinin formalaşdırılması kimi məqsədləri ehtiva edən layihəsi haqqında geniş məlumat verib. Bununla əlaqədar, elmi-istehsalat müəsissələrində çalışan alim-mütəxəssislər tərəfindən layihə iştirakçıları üçün geologiyanın müasir prioritetlərinə həsr olunan seminar və təlimlərin keçrilməsi, palçıq vulkanlarına elmi-ekspedisiyanın təşkil və s. nəzərdə tutulub.  

Daha sonra  AMEA-nın Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, Bakı Dövlət Universitetinin “Geologiya fakültəsi”nin müəllimi İlqar Quliyev və digərləri sözügüdən layihə haqqında təəssüratlarını bölüşüblər.

Seminar-təlim öz işini SOCAR-ın əməkdaşı, yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədovun “Neft-qaz yataqlarında tektonik qırılmaların xarakterinin dəqiqləşdirilməsinə yeni yanaşma” adlı seminar mövzusunun təqdimatı ilə davam etdirmişdir.

© gencalimler.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu