XƏBƏRLƏR Çap et 124 Arxiv
15.01.2019 / Mühüm hadisələr
AMEA magistrantlarının ingilis dili fənnindən imtahanı keçirilib

Yanvarın 14-də İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində AMEA-da 2018/2019-cu tədris ili üzrə təhsil alan I kurs magistrantları üçün ingilis dili fənnindən imtahan keçirilib.

İlk semestrin yekunu olaraq, 4 altqrup üzrə keçirilən sessiya imtahanında akademiyanın 21 institut və təşkilatından 19 ixtisas üzrə təhsil alan 66 magistrant iştirak edib. Test üsulu ilə keçirilən imtahanda magistrantlar 90 dəqiqə ərzində ingilis dilinin qrammatikası, danışıq və yazı qaydalarını əhatə edən 50 sualı cavablandırıblar.

Qeyd edək ki, ingilis dili fənninin tədrisi IELTS proqramına uyğun olaraq hazırlanıb ki, bu da gələcəkdə doktoranturaya qəbul olunmaq və ya xaricdə təhsil alaraq elmi fəaliyyətini davam etdirmək istəyən magistrantların hazırlıq səviyyələrini yüksəltmək məqsədini daşıyır.

©  www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu