XƏBƏRLƏR Çap et 43 Arxiv
04.01.2019 / Müsabiqə
Elmin İnkişafı Fondu 9-cu “Mobillik qrantı” müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 9-cu “Mobillik qrantı” müsabiqəsini elan edib.

Müsabiqənin məqsədi təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanının yaradılmasıdır.

Müsabiqədə iştirak etmək üçün layihələr 2019-cu il yanvarın 7-dən qəbul olunacaq. Layihələrin online qəbulu fevralın 28-nə, çap versiyasının qəbulu isə martın 1-i saat 17:00-a qədər aparılacaq. Müsabiqəyə yalnız 2019-cu il 1 may - 15 iyun  və 1 sentyabr – 30 noyabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər sənədlərini təqdim edə bilərlər.

Müsabiqənin nəticələri 2019-cu ilin mart-aprel aylarında açıqlanacaq.

Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e-grant.sdf.gov.az/) vasitəsilə təqdim edilə bilər. Bu sistem elektron hökumət prinsipləri əsasında qurulub  və “ASAN imza”dan istifadəni nəzərdə tutur.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarları keçiriləcək. Bu barədə əlavə məlumat Fondun İnternet səhifəsində dərc olunacaq.

© www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu