XƏBƏRLƏR Çap et 114 Arxiv
06.12.2018 / Maraqlı məlumatlar
Fizika İnstitutu “Web of Science” elmi bazasının mükafatına layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu elmi-tədqiqat institutları arasında “Web of Science” elmi bazasının əsas nəşr lideri nominasiyası üzrə mükafata layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kristalloqrafiya laboratoriyasının böyük elmi işçisi Ziya Əliyev və yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru Fərhad Xəlilzadə tədqiqatçılar arasında təbiət elmləri üzrə ən məhsuldar müəlliflər nominasiya üzrə mükafata layiq görülüblər.

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunan tədbirdə mükafatlar institutun əməkdaşlarına təqdim edilib.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu