XƏBƏRLƏR Çap et 131 Arxiv
30.10.2018 / Maraqlı məlumatlar
AMEA-nın doktorantı Fransanın Monpelye Universitetinə ezam edilmişdir

25 oktyabr 2018-ci il tarixində  AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Səbinə Fərhadova Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universitetinin birgə təşkil etdiyi doktorantura proqramının qalibi olmuşdur. Bununla bağlı S.Fərhadova iki il müddətinə Fransanın Monpelye Universitetinə ezam edilmişdir.

S.Fərhadovanın iki il müddətində həmin proqram çərçivəsində Monpelye Universitetində professor Robert Feilin laboratoriyasında molekulyar genetikanın ən müasir sahələri olan kök hüceyrəsi və genom redaktəsi üzrə birgə tədqiqat işlərini aparması nəzərdə tutulur.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu