XƏBƏRLƏR Çap et 251 Arxiv
23.10.2018 / Konfranslar, iclaslar
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib

Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısının açılışı olub. 
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev və digər rəsmi qonaqlar iştirak ediblər. Toplantıda ilk olaraq Azərbaycan Respublikasının  dövlət himni səsləndirilib. Sonra ölkədə istedadlı və yaradıcı gənclərin fəaliyyəti, bu sahədə həyata keçirilən işlərlə bağlı videoçarx nümayiş etdirilib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, toplantı Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirilir. Daha sonra çıxış edənlər toplantının əhəmiyyətindən və dövlət tərəfindən gənclərə hər zaman diqqət və qayğının göstərilməsindən danışıblar.  
Tədbirin rəsmi açılış mərasimindən sonra dövlət və yaradıcı qurumların nümayəndələrinin, eyni zamanda gənclərin və ekspertlərin iştirakı ilə sessiya iclasları olub. Müxtəlif yaradıcılıq sahələrində vəziyyət təhlil edilərək, inkişaf perspektivləri nəzərdən keçirilib.

İntellektual inkişaf, elm və təhsil sessiya iclasında ekspert qismində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov iştirak etmişdir. Sessiya iclasında Ə. Sadıqov gənc alim, doktorant və tələbələrin çoxsaylı suallarını cavablandırıb. Tədbirdə ümumilikdə həm paytaxt Bakıdan, həm də ölkənin bütün şəhər və rayonlarından 500-dən artıq istedadlı gənc iştirak edib.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu