XƏBƏRLƏR Çap et 125 Arxiv
18.10.2018 / Maraqlı məlumatlar
Təhsil Sərgisi - ABŞ universitet nümayəndələri ilə görüş imkanı

20 oktyabr 2018-ci il tarixində ABŞ Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının (American Councils) dəstəyi ilə “Amerika Universitetlərinin Təhsil Sərgisi” keçiriləcəkdir. Sərgidə 9 Amerika universiteti və kolleclərinin nümayəndələri iştirak edəcəklər.

 ABŞ-da bakalavr, maqistr, ingilis dili və ya qısa müddətli proqramlar üzrə təhsilinizi davam etdirməyi planlaşdırırsınızsa, ABŞ-dan gəlmiş universitet nümayəndələri sizə fərdi ehtiyaclarınıza cavab verən proqramlara dair məsləhətlər verəcəkdir. Sərgiyə gələn hər kəs qəbul prosesi, maliyyə yardımı imkanları, təqaüd və mübadilə proqramları barədə universitet nümayəndələri ilə birbaşa müzakirə etmək imkanı qazanacaqdır. Bundan əlavə, siz həmçinin ABŞ səfirliyinin təhsil proqramları ilə bağlı məlumat almaq üçün səfirliyin nümayəndələri ilə görüşüb suallarınıza cavab tapacaqsınız. 

Sərgiyə giriş üçün heç bir ödəniş və ya xüsusi dəvətnamə tələb olunmur!

Qeydiyyat üçün bu linkdən istifadə edin: https://www.surveymonkey.com/r/Baku2018

Tarix: 20 oktyabr, 2018

Təqdimat vaxtı: 15:00-16:00

Vaxt: 16:00-19:00

Yer: Hilton Bakı Oteli, “Sevda” zalı, Azadlıq prospekti, 1

 

İştirak edən universitetlərin siyahısı:

Indiana University Bloomington

Boise State University

University of California, Los Angeles

Wright State University

Valdosta State University

DVC, Contra College Community College District

Full Sail University

California State University, Long Beach

Minerva Schools at KGI

Sərgiylə bağlı əlavə məlumat üçün ABŞ-da təhsil üzrə məsləhətçi Sevinc Hüseynovaya müraciət edə bilərsiniz.

Caspian Business Center

Cəfər Cabbarlı 40

Tel/faks: (994 12) 436-75-30

E-mail: shuseynova@educationusa.org

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu