XƏBƏRLƏR Çap et 154 Arxiv
04.10.2018 / Maraqlı məlumatlar
Kimya üzrə 2018 Nobel mükafatçıları bəlli oldu
İsveç Krallıq Akademiyası 2018-ci il üçün kimya üzrə Nobel mükafatçılarının adlarını açıqlayıb.
Bu il kimya üzrə Nobel mükafatının qalibləri amerikalı alimlər Frensis Arnold, Corc Smit və Böyük Britaniyalı alim Qreqori Vinterdir. 

Onlar bəşəriyyətin kimyəvi problemlərini həll etməkdə istifadə oluna biləcək malekul və proteinlərin təkmilləşdirdiklərinə görə bu mükafata layiq görülüblər. Kimyaçı alimlərin bu nailiyyəti müxtəlif xəstəliklərin müalicəsi üçün yeni dərmanların hazırlanmasına imkan verəcək. 

Qeyd edək ki, bundan əvvəl 2018-ci il üçün fizika, tibb və fiziologiya sahəsində Nobel mükafatları öz sahiblərini tapıb. Oktyabrın 5-də isə sülh üzrə Nobel mükafatı təqdim olunacaq. Ənənəyə uyğun olaraq, qaliblərin mükafatlandırılması mərasimi İsveçin paytaxtı Stokholmda 10 dekabrda – Nobel mükafatının təsisçisi, isveçli ixtiraçı Alfred Nobelin (1833-1896) ölüm günündə keçiriləcək. Mükafatlar içərisində yalnız Nobel sülh mükafatı Norveçin paytaxtı Osloda təqdim edilir. Bu il hər bir nominasiya üzrə qaliblərə veriləcək pul mükafatı isə 9 milyon isveç kronudur (təqribən 940 min ABŞ dolları). 
Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu