XƏBƏRLƏR Çap et 113 Arxiv
01.10.2018 / Maraqlı məlumatlar
Tibb və fiziologiya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

İsveçdə 2018-ci il üçün tibb və fiziologiya üzrə Nobel mükafatının laureatları məlum olub.

Nobelprize.org saytı xəbər verir ki, bu mükafata amerikalı Ceyms Ellison və yaponiyalı Tasuku Hondze layiq görülüblər. Onlar immunitet sisteminin mənfi fəaliyyətini dayandıraraq xərçəng xəstəliyinin müalicəsinin kəşfinə görə Nobel mükafatı ilə təltif ediliblər.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir. Belə ki, fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat, iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması istiqamətində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu