XƏBƏRLƏR Çap et 128 Arxiv
02.10.2018 / Mühüm hadisələr
AMEA-nın Yüksək Texnologiyalar Parkı TÜBİTAK-ın keçirdiyi yarışmada iştirak edib

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkilatçılığı və Türkiyə Texnologiya Komandası Vəqfinin dəstəyi ilə İstanbulda pilotsuz uçan aparatların (PUA) yarışı keçirilib.

Məqsəd fövqəladə hallar zamanı mülki təyinatlı PUA-lardan istifadə etməyin mümkünlüyünü göstərmək olub.

İstanbul Qrand Hava Limanında baş tutan yarışda 5 ölkədən 289 komanda mübarizə aparıb. Turnirdə ölkəmizi AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) "AMEACRAFT" komandası təmsil edib.

Yarışmanın nəticələrinə əsasən "AMEACRAFT" final mərhələsinə adlayan 85 komandadan biri olub.

Qeyd edək ki, bu gün Rəyasət Heyətində baş tutan tədbirdə akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev TÜBİTAK-ın təşkil etdiyi yarışmada iştirakına görə, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova və YT Parkın rezidenti “Elm və Texnologiya Parkı” MMC-nin bir qrup əməkdaşına mükafat və sertifikatları təqdim edib.

©  www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu