XƏBƏRLƏR Çap et 293 Arxiv
17.09.2018 / Görüşlər
İnformasiya Texnologiyaları İnstitutunda 2018/2019-cu tədris ili üzrə qəbul olunmuş magistrant və doktorantlarla görüş keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2018/2019-cu tədris ili üzrə qurumun magistrantura və doktoranturasına qəbul olunmuş magistrant və doktorantlar ilə görüş keçirilib.

Tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev magistrant və doktorantlara yeni tədris ilində uğurlar arzulayıb. İnstitutda magistratura təhsilinin artıq üçüncü ildir təşkil olunduğunu deyən alim qurumda yeni tədris ili üçün magistratura pilləsinə qəbul üzrə keçirilmiş müsabiqə haqqında məlumat verib. Cari ildə magistratura pilləsinə “249178 – Kompüter mühəndisliyi”, “249186 – İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “249161 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “249291 – Kompüter sistemləri və şəbəkələri” ixtisasları üzrə ümumilikdə altı yerin ayrıldığı, doktorantura pilləsinə  isə 1203.01 – “Kompüter elmləri” 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə cari ildə ümumilikdə 3 doktorantın qəbul olunduğunu haqqında məlumat verib.

Akademik R.Əliquliyev gənc kadrların elmi fəaliyyətinin daha səmərəli təşkili üçün institutda hər cür şəraitin yaradıldığını bildirərək qeyd edib ki, qurumda təhsil alacaq magistrant və doktorantların hər biri ilə fərdi qaydada işləmək, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün imkanlar yaratmaq təhsil prosesinin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edən əsas amillərdir.

İnstitut direktoru qurumun magistratura və doktoranturasına qəbul olunmuş gənclərin ixtisasları üzrə dərin biliklərə yiyələnəcəklərini, təhsil aldıqları müddətdə işlə təmin olunacaqlarını, eləcə də onların dünyanın nüfuzlu elmi-tədqiqat müəssisələrində təcrübə keçmələri üçün şəraitin yaradılacağını nəzərə çatdırıb.

Akademik, həmçinin magistrantların xarici dil biliklərinin təkmilləşdirilməsi məqsədilə qurumda təşkil olunan ingilis dili üzrə kurslara cəlb olunmasının vacibliyini vurğulayıb.

Sonda müzakirələr aparılıb, magistrant və doktorantların sualları cavablandırılıb.

© www.ict.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu