XƏBƏRLƏR Çap et 159 Arxiv
29.06.2018 / Müsabiqə
“Magistr – 2018” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

AMEA Rəyasət Heyətinin iyunun 29-da keçirilən iclasında akademiyanın prezidenti, akademik Akif Əlizadə "Magistr-2018" müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2018” müsabiqəsi AMEA prezidentinin 23 yanvar 2018-ci il tarixli sərəncamına əsasən keçirilib. Müsabiqədə 47 magistrant iştirak edib.

Qaliblərin müəyyən olunmasında Ekspert Komissiyası bir sıra meyarları, o cümlədən tələbələrin magistraturaya qəbul imtahanında topladığı balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələrini, təcrübəkeçməni, konfrans  və ictimai tədbirlərdə iştirakını nəzərə alıb.

Beləliklə “Magistr-2018” müsabiqəsinin nəticələrinə görə I yerə Genetik Ehtiyatlar İnstitutunun II kurs magistrantı Gültəkin Əhmədova, II yerə Aşqarlar Kimyası İnstitutunun II kurs magistrantı Sevinc Həsənli, III yerə isə Dilçilik İnstitutunun II kurs magistrantı Böyükxanım Əsgərova layiq görülüblər. Qaliblərə I yer üçün 1500 manat, II yer üçün 1000 manat, III yer üçün isə 500 manat məbləğində pul mükafatları və sertifikatlar təqdim edilib.

İdarəetmə Sistemləri İnstitutunun II kurs magistrantı Lamiyə Nəcəfova, Riyaziyyat və Mexanika İnstitutunun I kurs magistrantı Xəyalə Qədirova və Botanika İnstitutunun I kurs magistrantı Lalə İsgəndərovaya isə həvəsləndirici mükafatlar verilib. Qaliblərin hər birinə sertifikat və 300 manat məbləğində pul mükafatı təqdim edilib.

©  www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu