XƏBƏRLƏR Çap et 90 Arxiv
07.06.2018 / Elanlar
AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara müraciət edib.

AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və bu ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar 7-10 iyun tarixlərində DİM-in internet saytında qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.

AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının 2018-ci il tarixli 4‑cü sayında verilib.

© www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu