XƏBƏRLƏR Çap et 87 Arxiv
08.06.2018 / Mühüm hadisələr
Akademik Akif Əlizadə: "AMEA-da elm və təhsil vahid sosial institut kimi formalaşır"

"Son beş ildə elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədrisi istiqamətində bir sıra mühüm işlər görülüb".

AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaqda bildirib ki, Akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.

Akademik Akif Əlizadə diqqətə çatdırıb ki, yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail olmaq, ölkəmizin yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-da magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir. Vurğulayıb ki, AMEA-da magistratura təhsilinin həyata keçirilməsi ilə bağlı Milli Məclis tərəfindən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər də olunub. Natiq son beş ildə elm və təhsilin inteqrasiyası sahəsindəki uğurlardan biri kimi doktorluq təhsilinin və elmi tədqiqatların modernləşdirilməsi üzrə həyata keçirilən "Nizami" layihəsini də  xüsusi qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu