XƏBƏRLƏR Çap et 53 Arxiv
11.06.2018 / Görüşlər
AMEA-nın magistraturasına qəbulla bağlı Təhsil şöbələrinin rəhbərləri ilə görüş keçirilib

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin rəhbərləri ilə görüş keçirilib.

İdarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovvə Magistratura şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyevin iştirak etdiyi görüşdə məqsəd AMEA-nın magistraturasına qəbulla bağlı bakalavrların müsahibəsinin təşkili olub.

İclası H.Hüseynov açaraq bu il AMEA-nın magistraturasına 4-cü dəfə qəbulun aparılacağını və bakalavrların 12-14 iyun tarixlərində akademiyanın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış müsahibə komissiyalarından keçəcəklərini söyləyib. Qeyd edib ki, 2018/2019-cu tədris ilində AMEA-nın magistraturasına 10-nu rus bölməsi olmaqla, 50 ixstisaslaşma üzrə 92 plan yeri ayrılıb.

Alim bu il ilk dəfə olaraq AMEA-nın FolklorMemarlıq və İncəsənətMikrobiologiya institutlarında, eləcə də Milli Azərbaycan Tarixi Muzeyi və Respublika Seysmoloji Xidmət Mərkəzində magistratura qəbulunun aparılacağı barədə məlumat verib.

O, müsahibə komissiyalarının fəaliyyətinin təşkili üçün yaddaş vərəqələrinin tərtib edildiyini və Təhsil şöbələrinə göndərildiyini diqqətə çatdırıb. H.Hüseynov bildirib ki, komissiyaların başlıca vəzifələri müsahibələrin obyektiv keçirilməsini və bakalavrların düzgün istiqamətləndirilməsini təşkil etməkdir.

Rəis müavini bakalavrların AMEA-nın magistratura ixtisaslaşmalarını seçə bilməsi üçün müsahibə nəticələrinin vaxtında Dövlət İmtahan Mərkəzinin elektron bazasına yerləşdirilməsinin vacibliyini vurğulayıb. O, bunun üçün müsahibə nəticələrinin hər iş gününün sonunda Magistratura şöbəsinə təqdim edilməsi barədə Təhsil şöbələrinin rəhbərlərinə tapşırıq verib.

H.Hüseynov, həmçinin diqqətə çatdırıb ki, akademiyanın magistraturasına qəbul olan bakalavrlar AMEA-da işlə təmin olunacaq, elmi-tədqiqat işlərinə və təqaüd proqramlarına cəlb ediləcəklər.

Akademiyanın cari magistrantları barədə də danışan H.Hüseynov bu il 57 nəfərin məzun olacağını və diplomların Məzun günündə təqdim edilməsinin planlaşdırıldığını söyləyib.

Sonra Magistratura şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev çıxış edərək AMEA-nın cari magistrantlarının yay imtahan sessiyası və ikinci kurs tələbələrin müdafiələri barədə məlumat verib.

O, həmçinin magistrantların dünya elminə inteqrasiyası və maarifləndirilməsi, innovativ yeniliklərlə tanışlığı, o cümlədən ideya və layihələrinin həyata keçirilməsi üçün mütəmadi seminarların keçirildiyini bildirib və tələbələrin bu tədbirlərdə aktiv iştirakının vacibliyini vurğulayıb.

©  www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu