XƏBƏRLƏR Çap et 104 Arxiv
16.04.2018 / Müsahibələr, çıxışlar
"Elm günü" elmi ictimaiyyət üçün tarixi hadisədir

Azərbaycanda hər il martın 27-si “Elm günü” kmi qeyd olunacaq. Bu tarixin seçilməsi təsadüfi deyil. 1945-ci ilin məhz bu gün Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilib, Akademiyanın ilk nizamnaməsi təsdiq olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqovun sözlərinə görə, bu, Azərbaycanda elmi ictimaiyyət üçün böyük tarixi hadisədir. Elmi fəaliyyətə, alimlərə göstərilən bu diqqət həm də gənclərə böyük stimul olacaq.

Qeyd edək ki, 2016-cı ildə “Elm haqqında” Qanununun qəbul edilməsi ölkədə müstəqil elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat verib. Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və digər məsələlər öz əksini tapıb.

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu