XƏBƏRLƏR Çap et 58 Arxiv
18.04.2018 / Konfranslar, iclaslar
“Elm günü”nün təsis edilməsi Azərbaycan elminə böyük diqqət və qayğının təcəssümüdür

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamı Azərbaycan elminə böyük diqqət və qayğının təcəssümüdür” – bu sözləri aprelin 18-də keçirilən Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. Akademik vurğulayıb ki, bu Sərəncama əsasən hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd ediləcək.

AMEA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq imzaladığı bu Sərəncam elm siyasətinin tərkib hissəsidir. Akademiya dövlət başçısının genişmiqyaslı islahatlarına, elm siyasətinə uyğun olaraq yeni-yeni uğurlar qazanıb. Belə bir tarixi günün təsis edilməsi AMEA qarşısında daha ciddi vəzifələr qoyur.

İstinad : www.science.gov.az 

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu