Vüqar Məmməd oğlu Haqverdiyev Çap et
Anadan olduğu yer Azərbaycan Respublikası, Ağdam ş.
Təvəllüdü 25.01.1967 
Bitirdiyi ali təhsil müəssisəsi Dnepropetrovsk Dövlət Universiteti (Ukrayna)
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Azərbaycan Yazıçılar Birliyinin üzvü
Elmi rütbəsi  
Əsas nailiyyətləri 10-dan çox elmi və analitik məqalənin, habelə 1 kitabın (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçirdiyi  “İKT üzrə ən yaxşı kitab” müsabiqəsində 3-cü yerə layiq görülüb) müəllifidir.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan İnternet Forumu və digər nüfuzlu təşkilatların birgə keçirdikləri “İnformasiya cəmiyyətinin jurnalisti” müsabiqələrində dəfələrlə yüksək yerlərə layiq görülüb.

2010-cu ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçirdiyi müsabiqədə “İKT üzrə ən yaxşı aktual məqalə” nominasiyası üzrə birinci yerə layiq görülüb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Beynəlxalq Turizm Filmləri Festivalı üçün keçirdiyi loqo müsabiqəsində, eləcə də  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin keçirdiyi “Ən yaxşı hərbi vətənpərvərlik simvolikası” müsabiqələrində 1-ci yerlərə layiq görülüb.

2011-ci ildə “Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin ibtidai sinif şagirdlərinə tullantılarla düzgün rəftar etmək və təbiətin qorunması kimi vərdişlərin aşılanması məqsədilə keçirdiyi nağıl müsabiqəsində II yerə layiq görülüb.

2011-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi uşaq cizgi filmləri üçün ssenari müsabiqəsində 3-cü yerə layiq görülüb.

2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin, respublikamızın bir sıra nüfuzlu xəbər saytlarının təşkilatçılığı və informasiya dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq keçirilmiş “Müasir nağıl” müsabiqəsində II yerə layiq görülüb.

2015-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Qafqaz Nəşriyyat evinin birgə keçirdiyi “Müasir uşaq nağılları” I Respublika müsabiqəsində III yerə layiq görülüb. Qeyd etmək lazımdır ki, həmin müsabiqədə 1-ci və 2-ci yerlər müəyyənləşdirilməmişdir.

Əsas iş yeri və ünvanı Elm və Təhsil Baş İdarəsi, AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30
Vəzifəsi Rəis müavini
Xidməti tel. (+994 12) 492-59-45
Mobil tel. (+994 50) 611-21-42
Elektron poçtu vugar.hagverdiyev@gmail.com
Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu