ELANLAR Çap et 26 Arxiv
30.08.2019
SOCAR-ın Elm Fondu 2019-cu il üçün qrant müsabiqəsinin nəticələrini elan edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə 2019-cu il üçün növbəti qrant müsabiqəsi elan edib.

Müsabiqəyə 113 layihə təqdim olunub. Təqdim olunan layihələrin ekspertizası məqsədilə yeni tərkibdə Müsabiqə Komissiyası yaradılıb və Elm Fondunun Əsasnaməsinə uyğun olaraq layihələrin ekspertizası təşkil edilib.

Müsabiqə Komissiyasının və ekspertlərin yekun rəylərini nəzərə alaraq SOCAR-ın Elm Fondunun İdarə Heyətinin 24 iyul 2019-cu il tarixli qərarı ilə 26 elmi tədqiqat (ET), 1 xüsusi (XL) və 3 həvəsləndirici mükafat (HM) olmaqla 30 qrant layihəsi müsabiqənin qalibi elan olunub.

Qalib layihələrin siyahısı ilə tanış olmaq üçün : Yüklə

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu