ELANLAR Çap et 178 Arxiv
22.04.2019
AMEA-nın Ümumi yığıncağı keçiriləcək

1 may 2019-cu il tarixində saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, həmçinin ötən il akademiyada müxtəlif istiqamətlərdə görülən işlər və əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr haqqında məlumat veriləcək.

Bundan əlavə, 2019-cu ilin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli" elan olunması ilə əlaqədar tədbirdə D.İ.Mendeleyevin "Kimyəvi Elementlərin Dövrü Qanunu"nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya və AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçki keçiriləcək.

Ünvan: Bakı ş., H.Cavid pr., 115.

© www.science.gov.az

Ünvan:

AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30, 5-ci mərtəbə, 501, 502, 503, 504, 508 nömrəli otaqlar, AZ1143, , Bakı ş., Hüseyn Cavid küç.,115, 1-ci mərtəbə, 137, 138, 139, 140, 141 və 150 nömrəli otaqlar

E-poçt:

etbi@science.az

Telefon:

(+994 12) 492 65 31

Faks:

(+994 12) 4926670

Copyright © 2006-2018 AMEA İnformasiya Texnologiyaları İnstitutu